Heinrich Böll Fondunun (HBF) Cənubi Qafqaz bölməsi bu region ölkələrinin demokratikləşmə prosesinə öz töhfəsini verir. Bizim dəstəklədiyimiz təşəbbüslər demokratik inkişaf, sosial-ekoloji transformasiya və gender demokratiyasında ictimaiyyətin iştirakına yol açan inklusiv bir siyasi mədəniyyət formalaşdırır və gücləndirir.
Demokratik siyasi mədəniyyət və vətəndaş cəmiyyəti proqramı çərçivəsində HBF öz tərəfdaşları ilə birlikdə sovet və postsovet tarixi mövzusunda plüralist və tənqidi yanaşmaları ictimai diskursa gətirir. Yaddaş siyasətinə dair ictimai dialoqu təşviq etmək üçün biz mühazirələr, sərgilər və nəşrlər kimi müxtəlif vasitələri dəstəkləyirik.
Gender demokratiyası bizim fəaliyyətimizin bütün aspekləri birləşdirəm bir mövzudur. Odur ki, fond gender bərabərliyini dəstəkləmək üçün fəal şəkildə çalışır və siyasi və ictimai diskursda sosial-iqtisadi inkişafın gender aspektlərinə xüsusi önəm verir.
Ekoloji cəhətdən davamlı transformasiya HBF-un diqqət mərkəzində saxladığı vacib mövzulardandır. Tərəfdaşlarımızla birlikdə ətraf mühitin qorunmasının ən ciddi problemlərini ictimai və siyasi səviyyələrdə qaldırırıq.
Regional bir ofis olaraq HBF, xarici və təhlükəsizlik siyasəti ilə yanaşı, münaqişələrin sülh yolu ilə transformasiyası üçün dialoqu da dəstəkləyir.
2021-2023-cü illərdə vətəndaş cəmiyyəti təşkilatları aşağıdakı istiqamətlərdən birinə üyğun layihə ilə müraciət edə bilərlər:
- Yaddaş siyasəti;
- Çevrəçi gənclərin inkişafı;
- Demokratik siyasi mədəniyyət və vətəndaş cəmiyyəti;
- Münaqişə ilə əlaqəli məsələlər;
- Hassas qruplara qayğı siyasəti və kuir aktorların gücləndirilməsini diqqət mərkəzinə alan gender demokratiyası;
- Ekoloji cəhətdən dayanaqlı transformasiya.
HBF müraciətlərii hər il oktyabr-noyabr aylarında qəbul edir. Zəhmət olmasa müraciət formalarını buradan yükləyin: