Cənubi Qafqazın Birinci Respublikaları (1918-1920/21): Dövlətçiliyin qısa təcrübəsi

Tarix: 11-12 oktyabr, 2021-ci il

Zoom pratformasında onlayn konfrans

Konfransın dili: gürcü, ingilis və rus dilləri (sinxron tərcümə təmin olunacaq)

Tədbirə qoşulmaq üçün burada qeydiyyatdan keçməyi xahiş edirik: https://bit.ly/3zkzLZX

Reading time: 3 minutes
Memory Conference banner 2021

Haynrix Böll Fondunun Cənubi Qafqaz bölgəsi üzrə Tiflis bürosu Gürcüstanın İlia Dövlət Universiteti və SOVLAB Sovet Keçmişinin Araşdırma Laboratoriyası ilə birlikdə Cənubi Qafqazın ilk müstəqil respublikalarının qurulması haqqında, eləcə də onların mirasına dair müzakirələr üçün Cənubi Qafqazda Yaddaş Siyasəti mövzusunda konfrans təşkil edir. Bu respublikalar qısa ömürlü olub qırmızı ordutərəfindən işğal nəticəsində süquta uğrasa da, onların mirasının yenidən qavranması postsovet dövründə millət və dövlət quruculuğunda fundamental rol oynamışdır. Birinci respublikaları araşdıran alimlər arasında son zamanlar 1918-1920/21-ci illərə maraq canlanmış və bu dövrün əhəmiyyətinin dəyərləndirilməsu güclənmişdir. Bununla belə müxtəlif ictimai aktorların, o cümlədən alimlərin, ziyalıların, siyasətçilərin, jurnalistlərin bu mühüm dövrü sistematik təhlil və müzakirəsini davam etdirməsi çox vacibdir. Konfransda iştirak edəcək natiqlərlə birlikdə biz həm həmin respublikaların müstəqilliyinin elan olunmasına yol açan geosiyasi reallıqlar və daxildə gedən inkişaf proseslərini təhlil etməyə çalışacağıq, həm də siyasi və intellektual elitaların müxtəlif sahələrdə reallaşdırdığıi siyasi modellərə və islahatlara diqqəti yönəldəcəyik. Müasir dövdrə dövlət quruculuğunda birinci respublikaların tərcübəsindən alınan dərslər konfransın ana xətti olacaq.  

Haynrix Böll Fondu öz tərəfdaşları ilə birlikdə tarix, siyasətşünaslıq, antropologiya kimi müxtəlif sahələrdən olan alimləri, araşdırmaçıları və tələbələri bir araya gətirərək yaddaş siyasətinin bu mühüm mövzusuna dair araşdırma və müzakirələri dəstəkləyir və Cənubi Qafqaz regonunda demokratik inkişaf prosesiə öz tövhəsini verir. 

Konfransın 1-ci günü, 11 oktyabr, 2021-ci il

12:00 - 12:15 (Tbilisi, Bakı və Yerevan vaxtı ilə)

Haynrix Böll Fondunun Cənubi Qafqaz bölgəsi üzrə Tbilisi bürosunun rəhbəri Dr. Sonja Schiffers və İlia Dövlət Universitetinin rektoru, Giorgi Gvalia, Beynəlxalq münasibətlər ixtisası professoru, İlia Dövlət Universitetinin vitse-rektoru.

12:15 - 13:15 İlia Dövlət Universitetinin professoru Ketevan Gurchianinin İlia Dövlət Universitetinin Sovet və Postsovet Araşdırmaları Kafedrasının rəhbəri Timothy Blauvelt ilə söhbəti: 1918-ci il Cənubi Qafqaz Demokratik Federativ Respublikası: Federal gözləntilər, geosiyasət və milli layihələr.

13:15 - 14:45 Panel müzakirəsi (I): Birinci Respublikaların siyasi idealları: Dövlətçiliyin unudulmuş modelləri?

Natiqlər:

-     Richard Hovannisian, Tarixçi və Kalifornia Universitetinin təqaüddə olan professoru;

-     Irakli Iremadze, Tarixçı doktorant, Tbilisi Dövlət Universiteti;

-     Dr. Nigar Maxwell, Azerbaijan Milli Elmlər Akademiyası;

Moderator: Natalia Alhazishvili, Ziari Publishing mətbuat evinin dikrektoru və SOVLAB-ın idarə heyətinin üzvü.

14:45 - 15:00 Fasilə

15:00 - 16:30 Panel müzakirəsi (II): Milli institutların qurulması yeni bir mərhələ kimi: Birinci respublikaların mədəniyyət və təhsil siyasətləri

Natiqlər:

-       Altay Göyüshov, Tarixçi, Baku Research Institute;

-       Lilit Mkrtchyan, Tarixçi doktorant, Yerevan Dövlət Universiteti;

-       Lela Gaprindashvili, filosof, Tbilisi Dövlət Universitetinin professoru;

Moderator: Nika Musavi,yazıçı və azad jurnalist.

Konfransın 2-ci günü:  12 oktyabr, 2021-ci il

15:00 - 16:30 Panel müzakirəsi (III): Tarixi yenidən yazarkən: Cənubi Qafqaz ölkələrində sovet və postsovet dövrü tarixşünaslığında birinci respublikalar haqqında rəsmi hekayələrin dəyişməsi

Natiqlər:

-    Irakli Khvadagiani, Araşdırmaçı, Sovet Keçmişinin Araşdırma Laboratoriyası (SOVLAB)

-    Naira Sahakyan, tarixçi doktorant, Ermənistanda Amerika Universiteti;

-    Sevil Huseynova, Berlin Humboldt Universiteti, Avropa Etnologiyası İnstitutu;

Moderator: Eviya Hovhannisyan, Haynrix Böll Fondu.

16:30 - 17:45 Fasilə

17:45 - 19:15 Panel müzakirəsi (IV): Birinci Respublakaların mirası bugünün baxış bucağından

Natiqlər:

-          Aşot Voskanyan, fəlsəfə elmləri doktoru, Ermənistan Humanitar Elmlər Araşdırma Mərkəzi;

-          Dimitri Silakadze, qonaq mühazirəçi, İlia Dövlət Universitetinin İncəsənət və Elm fakültəsinin tarix kafedrası;

-          Tarix elmləri doktoru, Zaur Qasımov, Bonn Universiteti;

Moderator: Elene Kekelia, Vircinia Universitetinin sosiologiya fakültəsi.

19:15 - 19:40 Konfransın yekun sözü