Müstəqil araşdırmaçı Fərid Quliyev demokratik (və qeyri-demokratik) institutlar və təbii sərvətlərlə zəngin ölkələrdə (enerji siyasəti daxil olmaqla) siyasi-iqtisadi inkişafın dinamikasını təhlil edir, bu mövzulara aid araşdırmalar yazır və həmin fənləri tədris edir. O, Mərkəzi Avropa Universitetindən magistr dərəcəsi (MA) və Almaniyanın Bremen şəhərində yerləşən Jacobs Universitetindən siyasi elmlər üzrə PhD (fəlsəfə doktoru) dərəcəsi alıb. 2015-2017-ci illərdə, Fərid ABŞ-ın Təbii Resursların İdarəolunması İnstitutunun (NRGI) Avrasiya regionu üçün nəzərdə tutulmuş təbii resurslarla zəngin ölkələrdə gəlirlərin idarəolunması üzrə təlimlərin təşkilində iştirak edib. Bundan öncə o, ABŞ-ın Corc Vaşinqton Universitetində Fulbright təqaüdçüsü kimi tədqiqat aparıb.
© Heinrich-Böll-Stiftung e.V.
Schumannstraße 8
10117 Berlin
T +49 (30) 285 34-0
F +49 (30) 285 34-109
www.boell.de
info@boell.de