Yaddaş siyasətinə dair Cənubi Qafqaz regional konfransı: Pandemiya və dağıdıcı böhranlar yaddaş siyasətinə necə təsir edirlər?

Tarix: 5-6 oktyabr, 2020 

ZOOM platformasında onlayn konfrans 

Dillər: gürcü, ingilis və rus dilləri (sinxron tərcümə təmin olunacaq)

Tədbirə qoşulmaq üçün burada qeydiyyatdan keçməyi xahiş edirik:  https://bit.ly/2ZA0xhX։

Reading time: 3 minutes

Haynrix Bıll Fondunun Cənubi Qafqaz regionu üzrə Tbilisi bürosu İlia Dövlət Universiteti və Sovet keçmişini araşdırma labarotoriyası (SOVLAB) ilə birlikdə yaddaş siyasətinə dair regional konfrans təşkil edir. Məqsəd arxivlərin, muzeylərin və kitabxanaların məhdud rəqəmsallaşdırılması səbəbindən araşdırmaçıların COVİD-19 pandemiyasının dövründə üzləşdiyi çətinlikləri dilə gətirməkdir. Natiqlər həm də rəqəmsallaşmanın arxivlərə, muzeylərə və araşdırma institutlarına gətirdiyi imkanları müzakirə edəcək, yeni və innovativ yanaşmaları sınamaq şansları, onlayn platformalar və sərgilər yaratmaqla, sosial mediadan istifadə etməklə daha geniş və fərqli auditoriyaları əhatə etmək yolları haqqında danşacaqlar. Bundan başqa, pandemiyada qarşıya çıxan müxtəlif vəzifələrin öhdəsindən Cənubi Qafqazdakı təhsil müəssisələrinin necə gəldiyi təhlil olunacaq.

COVID-19-dan əlavə, konfrans zamanı 20-ci əsrin büyük böhranları da müzakirə olunancaq və bu zaman diqqət onların həm məişətə, həm də siyasi diskurslara təsirinə, eləcə də onların xatırlanmasının alətləşdirilməsinə yönələcək.

Antropologiya, siyasətşünaslıq və tarix kimi müxtəlif elm sahələrindən olan alimləri, tədqiqatçıları və tələbələri bir araya gətirməklə Haynrix Böll Fondu öz tərəfdaşları ilə birlikdə yaddaş siyasətinin mühüm mövzularına dair araşdırma və müzakirələri dəstəkləyir və Cənubi Qafqazda sovet və post-sovet keçmişini yenidən düşünməyə yol açır

Tədbirə qoşulmaq üçün burada qeydiyyatdan keçməyi xahiş edirik: https://bit.ly/2ZA0xhX։

Konfransın birincü günü, 5 oktyabr 2020-ci il

12:00 - 12:15 (Tbilisi, Baku, Yerevan vaxtı ilə) 

Haynrix Bıll Fondunun Qafqaz Bürosunun rəhbəri Dr. Ştefan Mayster və İlia Dövlət Universitetinin rektoru, professor Giqa Zedania tərəfindən salamlama nitqi.

12:15 - 15:00 Panel müzakirəsi: pandemiya və digər böyük faciələr dövründə yaddaş siyasəti: metodoloji yanaşmalar və praktik misallar

Birinci hissə - 12:15 - 13:30 – COVİD-19 – un Cənubi Qafqazda yaratdığı çağırışlara müxtəlif qurumlar necə cavab verirlər?

Natiqlər:  

  • Manana Ratiani, PhD, Müəllimlərin Hazırlıq Mərkəzinin Direktor müavini
  • Serob Xaçatryan, Yerevan Dövlət Universitetinin fəlsəfə və psixologiya kafedrasının professoru;
  • David Cişkariani, SOVLAB

Moderator: Dr. Stefan Meister, Haynrix Böll Fondu

13:30 - 13:45 Fasilə

İkinci hissə II - 13:45 - 15:00 Müxtəlif tarixi dövrlərə dair rəqəmsal layihələrin təqdimatı: daha geniş auditoriyaya, xüsusən də gənclərə çatmaq və onları bu mövzulara cəlb etmək üçün bu rəqəmsal formatlar nə dərəcədə əhəmiyyətlidir?

Natiqlər: 

  • Katja Fausser, EUSTORY Layihələr Direktoru, Körber-Fondu
  • Nikita Lomakin, tarixçi, Memorial Beynəlxalq Cəmiyyəti; 
  • Dr. David Loypold, araşdırmaçı, Müasir Şərq Araşdırmaları üzrə Laybnits Mərkəzinin elmi işçisi

Moderator: Dr. Stefan Meister, Haynrix Böll Fondu

15:00 - 15:15 Fasilə

15:15 - 16:45 Panel müzakirəsi: postsovet məkanında yaddaş mədəniyyəti: 20-ci əsrin böhran və faciələrinin rəsmi diskursda və məişətdə xatırlanması  

Natiqlər:

  • Gayane Shagoyan, Ermənistan Respublikasının Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi;
  • Dr. Olha Martınyuk, Bazel universtitetində araşdırmaçı;
  • Sevil Hüseynova, sosial anthropoloq, Müstəqil Sosial Araşdırma Mərkəzinin (CISR e.V.) layihə rəhbəri

Moderator: Eviya Hovhannisyan, Haynrix Böll Fondu

Konfransın ikinci günü: 6 oktyabr, 2020-ci il

16:00 - 17:30 Panel müzakirəsi: Sovet İttifaqının çöküşündən sonra Cənubi Qafqaz respublikalarının ilk prezidentləri: dövlətlərin və kimliklərin qurulmasında onların rolu və mirası

Natiqlər: 

  • Professor Jerard Libaridian, Miçiqan Universiteti; 
  • Professor Giqa Zedania, Ilia Dövlət Universiteti;
  • Dr. Zaur Qasımov, Bonn Universiteti, Şərqi Avropa tarixi kafedrasında araşdırmaçı

Moderator: Tamar Gurçianı, İlia Dövlət Universitetinin dosenti

17:30 - 17:45 Fasilə

17:45 - 18:45 İlia Dövlət Universitetinin professoru Ketevan Gürçianinin Kanzas Universitetinin professoru Eric R. Skott ilə söhbəti: Mövzu: Sovet İttifaqının çökməsi və bunun xalqların məişətinə təsiri;

18:45 - 19:00 Fasilə

19:00 - 19:15 Yekun sözü

 

Read in Georgian  /  Read in Armenian / Read in Russian / Read in English